• Bakı 22° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

“Sədərək” ticarət mərkəzindəki yanğında polis əməkdaşı tüstüdən zəhərlənib - YENİLƏNİB

CƏMİYYƏT

08 Yanvar 2023 | 23:00 | Müəllif: Subhan Mahmudov

“Sədərək” ticarət mərkəzindəki yanğında polis əməkdaşı tüstüdən zəhərlənib - YENİLƏNİB

Sədərək” ticarət mərkəzində yanğın zamanı təhlükəsizlik tədbirlərinə cəlb olunan bir polis əməkdaşı tüstüdən zəhərlənib.

DİN-dən Bakıvaxtı.az-a bildirilib ki, polis əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.Onun müalicəsi davam etdirilir.

***21:45

“Sədərək” ticarət mərkəzində yanğın baş verməsi səbəbilə bir nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

TƏBİB-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, iki nəfərə də tüstüdən zəhərlənmə səbəbilə yerində yardım göstərilib.

Qeyd edək ki, TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına saat 18:22 radələrində “Sədərək” ticarət mərkəzində yanğın olması ilə bağlı çağırış daxil olub.

Yanğın səbəbilə hadisə yerinə 4 təcili tibbi yardım briqadası göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR