• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Şəhidlərimizin əziz xatirəsini yad edirik" - Nazir

CƏMİYYƏT

27 Sentyabr 2023 | 09:35

"Şəhidlərimizin əziz xatirəsini yad edirik" - Nazir

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazir "X" (tvitter) sosial şəbəkə hesabında qeyd edib.

"44 günlük Vətən müharibəsinin başlanmasının 3-cü ildönümü, 27 Sentyabr-Anım Günündə, öz canları və qanları bahasına bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda dalğalandıran, qürur, iftixar mənbəyimiz olan qəhrəman Şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə yad edirik", - deyə nazir bildirib.

Qeyd edək ki, sentyabrın 27-də başlayan 44 gün davam edən və Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə nəticələnən Vətən Müharibəsinin başlanmasının ildönümüdür.

Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.
 


"Şəhidlərimizin əziz xatirəsini yad edirik" - Nazir
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026