• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Şəkər xəstələrinə xoş xəbər: Yeməli insulin hazırlanıb

CƏMİYYƏT

23 Yanvar 2024 | 11:16

Şəkər xəstələrinə xoş xəbər: Yeməli insulin hazırlanıb

Norveç və Avstraliyanın iki universitetinin birgə araşdırması insulin iynələrini tarixə qovuşdura bilər.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Sidney və Norveç Arktika Universitetinin alimlərinin apardıqları işlər nəticəsində yeməli insulin hazırlanıb.

Nature Nanotechnology elmi jurnalında dərc edilən araşdırmaya görə, yeməli insulini bədənə kapsul şəklində və ya görünməz nano-daşıyıcılar vasitəsilə şokolad parçasına yerləşdirməklə qəbul etmək olar.

Tədqiqatda iştirak edən tədqiqatçılardan biri olan Arktika Universitetinin professoru Peter Makkurt qeyd edib ki, insulini bu şəkildə qəbul etmək daha yaxşıdır, çünki maddəni orqanizmin insulinə təcili ehtiyacı olan hissələrinə tez çatdırmaq mümkündür. Şprislə qəbul edilən insulin bütün bədənə yayılır və arzuolunmaz əks təsirlərə səbəb ola bilər.

Bu gün bir çox dərmanlar ağızdan qəbul edilsə də, şəkərli diabet xəstələri indiyədək bədənlərinə insulin vurmaq məcburiyyətində qalıblar.

Makkurt bu problemin səbəbinin nanodaşıyıcılarla orqanizmə qəbul edilən insulinin mədədə parçalanması və buna görə də orqanizmin ehtiyac duyduğu bölgələrə çata bilməməsi olduğunu bildirib.

Tədqiqat çərçivəsində əldə edilən nəticələr bu problemi aradan qaldırır.

"Biz insulinin mədə turşusu və həzm fermentləri tərəfindən parçalanmasının qarşısını alacaq bir örtük hazırlamışıq. Beləliklə, insulin strukturu zədələnmədən getməsi lazım olan qaraciyərə çata bilər", - deyə Makkurt bildirib.

Bildirilib ki, inkişaf etdirilən örtük qaraciyərdə yalnız qan şəkəri yüksəldikdə aktivləşən fermentlər tərəfindən parçalanıb.

Tədqiqatın aparıcı tədqiqatçılarından biri olan Nicholas J. Huntun sözlərinə görə, bu o deməkdir ki, qanda şəkər yüksələndə insulin qaraciyərdən sürətlə ifraz olunur. Daha da önəmlisi odur ki, qanda şəkər aşağıdırsa, insulin ifraz olunmur.

Şifahi olaraq qəbul edilə bilən yeni insulinin əvvəlcə qurd, siçan və siçovullar üzərində sınaqdan keçirildiyi, daha sonra babunlarla da sınaq aparıldığı bildirilib.

Tədqiqatçılar deyirlər ki, uğurlu nəticələr alınarsa yeni insulin metodu 2025-ci ildən insanlar üzərində sınaqdan keçiriləcək.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026