• Bakı 11° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Sellofana salınmış işıqforla bağlı AÇIQLAMA

CƏMİYYƏT

13 Iyun 2024 | 18:22 | Müəllif: Subhan Mahmudov

Sellofana salınmış işıqforla bağlı AÇIQLAMA

Sosial şəbəkələrdə sellofana bükülmüş işıqforla bağlı yayılmış görüntülər barədə açıqlama yayılıb. 

Bakıvaxtı.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırov məsələyə belə aydınlıq gətirib:

"Güclü külək nəticəsində işıqforun vaxtı göstərən ekranı qırılaraq aşağı sallanıb. Ötən həftə Tərtərdə olan bu hadisə zamanı bir vətəndaşımız da həmin ekranı götürüb sellofanla büküb və yuxarıdan asıb. Sonra da yol polisinə məlumat verib.

Bu foto bu gün sosial şəbəkələrdə geniş paylaşıldı. İstifadəçilərin də çoxu ancaq mənfi fikirlər yazdılar.

Bir nəfər də olsun, həmin vətəndaşa təşəkkür etmədi, sağ ol demədi.

Mən həmin vətəndaşa çox sağ ol deyirəm. O ekranı ora asmaya və yol polisinə məlumat verməyə də bilərdi. Ancaq bir çoxlarından fərqli olaraq sürücülərə kömək etməyi əsas tutdu". 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026