• Bakı 14° C

    0.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Sərhəddə silahlı insident: Üç nəfər güllələndi

DÜNYA

06 May 2022 | 11:10

Sərhəddə silahlı insident: Üç nəfər güllələndi

Özbəkistan sərhədçiləri üç Qırğızıstan vətəndaşını güllələyiblər. Onlar xəstəxanaya çatdırılsalar da, həyatlarını itiriblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qırğızıstanın sərhəd xidmətinin mətbuat mərkəzi məlumat verib.

Qeyd edilir ki, tərəflər danışıqlar zamanı insidenti müzakirə etmək niyyətindədirlər.

İnsidentin səbəblərini aydınlaşdırmaq üçün Qırğızıstanın Ala-Buka istiqamətindəki sərhəd nümayəndəsi dərhal Özbəkistanın Yangi-Kurqan istiqamətindəki sərhəd nümayəndəsi ilə görüş keçirib.

Tərəflər rəsmi araşdırmaların nəticələrinə görə görüşün mayın 6-da davam etdirilməsi barədə razılığa gəliblər. Hadisə ilə bağlı əməkdaşlıq edən orqanlar da məlumatlandırılıb və istintaq tədbirləri başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026