• Bakı 5° C

    1.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Sərhədi pozmağa cəhd edənlər saxlanıldı - FOTOLAR

CƏMİYYƏT

18 Aprel 2023 | 14:16

Sərhədi pozmağa cəhd edənlər saxlanıldı - FOTOLAR

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi və qеyri-lеqal miqrasiyaya qarşı mübarizə tədbirləri davam еtdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Bakıvaxtı.az-a verilən məlumata görə, aprel ayının 6-da saat 01:08-də Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycan Respublikasından Gürcüstan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər Nepal Federativ Demokratik Respublikası və 2 (iki) nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşları saxlanılıb.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qanunsuz yolla keçmələrinə bələdçilik edən Azərbaycan Respublikası vətəndaşı Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Hüseynov Nadir Hidayət oğlu müəyyən edilərək istintaqa cəlb edilib.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


Sərhədi pozmağa cəhd edənlər saxlanıldı - FOTOLARSərhədi pozmağa cəhd edənlər saxlanıldı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR