• Bakı 9° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

 Şərqi Zəngəzurla bağlı memorandum TƏSDİQLƏNDİ

SİYASƏT

05 Aprel 2022 | 15:27 | Müəllif: Qalib İbrahimoğlu

Şərqi Zəngəzurla bağlı memorandum TƏSDİQLƏNDİ

Azərbaycanla İran Hökumətləri arasında Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu təsdiqlənib.

Bakıvaxtə.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanla İran arasında martın 11-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” təsdiq olunub.

Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görəcək.

Azərbaycan Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi ilə bağlı zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran Hökumətinə bildiriş göndərəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026