• Bakı 10° C

    0.24 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Sərxan OD PÜSKÜRDÜ: “İlhamə öləndə...”

MƏDƏNİYYƏT

08 Aprel 2024 | 10:08

Sərxan OD PÜSKÜRDÜ: “İlhamə öləndə...”

“İlhamə Quliyevaya dedim ki, “sən mənim xırda bir haqqıma girmisən, onu bağışlamayacağam”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni-aparıcı Sərxan Kərəmoğlu deyib.

Sərxan mərhum Xalq artisti ilə küsülülüklərinin səbəblərindən danışıb:

“Biz mövzu tapmırdıq ki, bir-birimizi məhkəməyə verək. Axırda qazana görə onu məhkəməyə verdim. O adam haqqıma girmişdi deyə, dedim ki, “səni bağışlamayacağam”. O da məni bağışlamayacağını demişdi. Dedim ki, “bax, nə sən öləndə mən sənin dəfninə gələcəm, nə də mən ölsəm, sən mənim dəfnimə gəlmə. Dedi “yaxşı”. Sonradan dedi ki, “əgər gecə nəşim evdə qalası olsa, heç olmasa gəlib başımın üzərində oturarsan”. 3 ay sonra isə rəhmətə getdi. Mən dediyimi etdim, səhərə qədər başının üzərində əyləşdim, amma dəfninə getmədim. Çünki mən gedə bilməzdim. Mən haqqımı yeyən adamı bağışlaya bilmərəm”.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR