• Bakı 7° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Serxi Roberto "Fiorentina"ya keçir - İDDİA

İDMAN

12 Avqust 2024 | 09:34 | Müəllif: Əli Hüseynov

Serxi Roberto "Fiorentina"ya keçir - İDDİA

İspaniyanın "Barselona" klubunun sabiq kapitanı Serxi Roberto İtaliya təmsilçisi "Fiorentina"ya keçə bilər.

Bakıvaxtı.az xəbər verir ki, Florensiya klubu 32 yaşlı futbolçunu azad agent kimi transfer etmək niyyətindədir.

Roberto Kataloniya təmsilçisində keçirdiyi 13 mövsümdən sonra komandadan ayrılıb.

O, yeddi dəfə La Liqanın, altı dəfə ölkə kubokunun və beş dəfə İspaniya Superkubokunun qalibi olub.

Bununla yanaşı müdafiəçi "Barselona"nın heyətində iki dəfə Çempionlar Liqası, UEFA Superkubokunu və klublararası dünya çempionatını da qazanıb.

Qeyd edək ki, oyunçu "Barselona" forması ilə 373 oyunda 19 qol və 43 məhsuldar ötürmə ilə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026