ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə mühəndisi və həyat yoldaşı ölkənin nüvə sirlərini xarici ölkəyə satmaqda şübhəli bilinərək saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, Hərbi Dəniz Qüvvələrinin nüvə mühəndisi və həyat yoldaşı ABŞ -ın nüvə sirlərini xarici ölkələrə satmaq istədiyi iddiası ilə saxlanılıb. Jonathan Toebbe və Diana Toebbe sabah məhkəməyə gələcək.
ABŞ Ədliyyə Nazirliyi şənbə günü Qərbi Virciniya ştatında saxlanılan cütlüyün Atom Enerjisi Qanunu pozmaqda ittiham olunduğunu açıqlayıb.
ABŞ Baş prokuroru Merrik Garland Amerika Federal Təhqiqat Bürosunu (FTB) uğurlu fəaliyyətinə görə təriflədi. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) mövzu ilə bağlı açıqlama verməyib.
Məlum oldu ki, FTB bir il ərzində 42 yaşlı Jonathan Toebbe və 45 yaşlı Diana Toebbe-ni izləyib.
Məlumata görə, Jonathan Toebbe xarici dövlət məmuru kimi özünü təqdim edən FBI agentinə həssas məlumatları ehtiva edən yaddaş kartlarını 100 min dollarlıq kriptovalyutaya satıb.
Amerika mətbuatında yayılan xəbərlərə görə, yaddaş kartları saqqız qutularında saxlanılırmış. Yaddaş kartları bir vaxtlar sandviçə qoyularaq çatdırılırdı.
Jonathan Toebbenin ABŞ -ın nüvə döyüş gəmiləri və sualtı qayıqlarının dizaynları haqqında ətraflı məlumatlara sahib olduğu bildirilir.
Aytac Aslan










jpg-1636541848.webp)





