• Bakı 23° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

“Şimal axını 2”dən qaz sızması DAYANIB

İQTİSADİYYAT

01 Oktyabr 2022 | 23:49 | Müəllif: Subhan Mahmudov

“Şimal axını 2”dən qaz sızması DAYANIB

"Şimal axını 2" qaz kəmərində təzyiq sabitləşib, qaz sızması dayanıb. Bunun səbəbi kimi kəmərdən bütün qazın çıxaması, kəmərin boşalması göstərilib.

Bakıvaxtı.az oxu.az-a istinadən bildirir ki, bU barədə Danimarkanın enerji agentliyi oktyabrın 1-də "Nord Stream 2 AG" şirkətinə istinadən "Twitter" səhifəsində yazıb.

Danimarkanın baş naziri Mette Frederiksen şənbə günü bir daha bildirib ki, o, hadisəni təxribat hesab edir. O, digər məsələlərlə yanaşı, Baltik dənizindəki vəziyyəti müzakirə etmək üçün London və Brüsseldə olub.

Xatırladaq ki, sentyabrın 26-da "Şimal axını 2" boru kəmərinin xətlərindən birində qəza baş verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR