• Bakı 14° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Şimali Koreyadan narahatedici açıqlama: "Əsl müharibənin...”

DÜNYA

10 Oktyabr 2022 | 15:22 | Müəllif: Qalib İbrahimoğlu

Şimali Koreyadan narahatedici açıqlama: "Əsl müharibənin...”

İl başlayandan 25 fərqli raket sınağı həyata keçirən və bölgədə gərginliyin artmasına səbəb olan Şimali Koreya son silah sınaqları ilə bağlı açıqlama verib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Koreya Xalq Ordusunun (KPA) taktiki nüvə əməliyyat bölmələrinin ölkənin müharibədən çəkindirmə və nüvə əks-hücum qabiliyyətini qiymətləndirmək üçün 25 sentyabr - 9 oktyabr tarixləri arasında təlimlər keçirilib. “Düşmənlərə ciddi xəbərdarlıq” kimi ifadə edilən təlimlər Koreya yarımadasında ABŞ və Cənubi Koreyanın birgə keçirdiyi təlimlər zamanı baş tutb.

“Sentyabrın ikinci yarısında Koreya yarımadasında hökm sürən siyasi-hərbi vəziyyəti və onun gələcəyini müzakirə etdikdən sonra Koreya Fəhlə Partiyasının Mərkəzi Hərbi Komissiyası müxtəlif səviyyələrdə müharibənin qarşısının alınması və döyüşün etibarlılığını yoxlamaq və təkmilləşdirmək üçün dövlətimizin qüdrətini nəzərə alaraq düşmənlərə güclü hərbi xəbərdarlıq göndərib. Əsl müharibənin simulyasiyası altında hərbi təlimlər keçirmək qərarına gəlib”, - deyə KPA-dan bildirilib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026