• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Şimşək çaxıb, Ağdama dolu düşüb - FAKTİKİ HAVA

CƏMİYYƏT

24 Sentyabr 2024 | 15:20

Şimşək çaxıb, Ağdama dolu düşüb - FAKTİKİ HAVA

Sentyabrın 24-ü saat 15:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, sentyabrın 24-ü saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi Ağstafa, Gəncə, Şəmkir, Daşkəsən, Gədəbəy, Tovuz, Şəki, Zaqatala, Balakən, Qax, Goranboy, Naftalan, Göygöl, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Ağdam, Şahdağ, İsmayıllı, Qəbələ, Göyçay, Qrız, Xınalıq, Beyləqanda şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb.

    Ağdam rayonu Quzanlı kəndinə saat 13:08-13:10 radələrində diametri 8 mm olan dolu düşüb.

    Qərb küləyi Zaqatalada (Əlibəy) 28 m/s, Daşkəsəndə 20 m/s, Naftalanda 18 m/s, Gədəbəydə 16 m/s-dək güclənib.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 25, Aran rayonlarında 29, dağlıq rayonlarda 19 dərəcəyədək isti qeydə alınıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR