• Bakı 9° C

    9.65 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Qəbul planı 75 minə çatdırılacaq - Emin Əmrullayev

CƏMİYYƏT

24 Oktyabr 2024 | 14:05

Qəbul planı 75 minə çatdırılacaq - Emin Əmrullayev

“Növbəti illərdə ali məktəbələrə qəbul planını daha da artırmaq istəyirik”.

Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda 20 il əvvəllə müqayisədə iki dəfə çox insan ali təhsil alır.

“2026-ci ilə kimi qəbul planının 75 min olmasını hədəfləyirik”, - E.Əmrullayev qeyd edib.

Xatırladaq ki, bu il 50 ali təhsil müəssisəsi (2-i xarici ali təhsil müəssisəsinin filialı olmaqla) üzrə bakalavriat səviyyəsinə qəbul planı cari tədris ili üçün 62.017 yer olaraq müəyyənləşdirilib, planın 95%-i (59.026 nəfər) üzrə isə faktiki qəbul baş tutub. Magistratura səviyyəsində isə 16.568 plan yerinə 14.104 nəfər (85% qəbul faizi) qəbul olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026