• Bakı 13° C

    5.76 m/s

  • USD - 1.7

    EUR - 1.7711

    RUB - 1.629

Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNİB

CƏMİYYƏT

23 Noyabr 2024 | 13:45

Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNİB

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Ağdam stansiyasından 79 km cənub-qərbdə Laçın rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Bakıvaxtı.az-a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, zəlzələ Laçın rayonunda 4 bala kimi hiss olunub.

Yeraltı təkanlar 15 km dərinlikdə qeydə alınıb.

***

13:11

Laçında baş verən zəlzələ Ermənistan ərazisində də hiss olunub.

Bakıvaxtı.az xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti Laçında qeyd alınmış yeraltı təkanın Azərbaycanla həmsərhəd olan Gorus, Mehri, Qafan və daha bir neçə yaşayış məntəqəsində 3-4 bala qədər hiss olunduğu barədə məlumat yayıb.APA

    ***

    12:32

    Laçın rayonunda zəlzələ olub.

    AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Bakıvaxtı.az-a bildirilib ki, zəlzələ 4,5 bal gücündə olub.

    Verilən məlumata görə, yerlatı təkanlar 10 km dərinlikdə, yerli vaxtla 12:10-da qeydə alınıb.

    Təkanlar Qarabağ və Şərqi Zəngəzurda hiss olunub.

     


    SON XƏBƏRLƏR