• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Sinovac" çox zəifdir, ən keyfiyyətli vaksin isə... - AÇIQLAMA

CƏMİYYƏT

09 Noyabr 2021 | 10:43

"Sinovac" çox zəifdir, ən keyfiyyətli vaksin isə... - AÇIQLAMA

Son zamanlar ən çox müzakirə olunan mövzulardan biri də “Sinovac” vaksinin effektini üç aydan sonra itirməsidir. Belə ki, araşdırmalar nəticəsində məlum olub ki, “Sinovac” vaksini vurduranlar üç ay sonra 3-cü dozanı da vurdurmalıdır. Hətta bu vaksinin effektsiz olduğunu deyənlər də var.

Doğrudan, “Sinovac” vaksini virusa qarşı təsirsizdir?

Mövzu ilə bağlı tibbi ekspert Rasif Bağırov Bakıvaxtı.az-a danışıb:

"“Sinovac” vaksini orqanizmdə immunitetin saxlanılması nöqteyi-nəzərdən çox zəifdir. Çinlilər özləri də bir çox yerdə qeyd edirlər ki, “Sinovac” vasitəsilə aparılmış vaksinasiya xəstələrdə, təxmini, 50-60% effektli olur. Bu effekti də gənc insanlarda verir, yaşlı adamlarda heç bir effekt verməyə bilər. Çünki yaşlı insanların immunitet yaratma qabiliyyəti cavanlara nisbətən zəifdir. Böyük ehtimal ilə, yaşlı insanlarda heç o immuniteti yaratmır. Onsuz da, vaksinlərin təsir gücü getdikcə azalır. Əslində, bizim koronavirusdan əvvəl bu vaxta qədər istifadə etdiyimiz peyvəndlərin 10 ilə qədər müddəti var idi. Bu müddətdən sonra isə effektini itirir. Normalda yenidən təkrarlanmalıdır, ancaq vaksinlər baha olduğuna, ya da bu prosesi kütləvi şəkildə həyata keçirmək çətin olduğuna görə ikinci dəfə istifadə edilmirdi. Koronavirusa qarşı vurulan genetik üsul ilə hazırlanmış vaksinlər haqqında verilən məlumatlardan məlum olur ki, bədəndə 95-97% immunitet yarada bilirlər. Misal üçün “Pfizer” vaksinində qeyd olunur ki, hətta 82 yaşlı insana vurulanda 95% immunitet yaranır. Əgər belədirsə, deməli daha keyfiyyətli vaksindir. Amma nə “Sinovac” vaksinini istehsal edən təşkilat, nə də digər ölkələrin alimləri bu haqda dolğun məlumat verir. Ona görə də, iki doza “Sinovac” vaksininin üç aydan sonra effektini itirməsinə şübhə ilə yanaşmıram. Kimdəsə immunitet yaranıbsa, üç aydan sonra zəifləyə bilər. Amma bu insana üçüncü dozanı vurduqdan sonra nə qədər effektli olacağı da bilinmir. Bu vaksin özünü doğrultmur. Misal üçün, bu yaxınlarda avropalı alimlər sübut etdilər ki, “Sputnik V” vaksini, demək olar ki, hər hansı bir immunitet yaratmır. Ona görə də, bu gün Rusiya ərazisində günə 40 min yoluxma hadisəsi baş verir. Bu səbəblə, “Sinovac” və “Sputnik V” elə də keyfiyyətli vaksinlər deyillər. Təbii ki, keyfiyyətli olmayan şeyin effekti daha tez itir".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026