Almaniya Kansleri Olaf Şolts Romaya səfər edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, səfər 1-2 mart tarixlərində baş tutacaq.
Almaniya lideri səfər zamanı İtaliya Prezidenti Sercio Mattarella ilə görüşəcək və Roma Papası Fransisk tərəfindən qəbul ediləcək.