• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

SON DƏQİQƏ: S-300-lər döyüşə hazır vəziyyətə gətirildi

HADİSƏ

19 Fevral 2024 | 16:25

SON DƏQİQƏ: S-300-lər döyüşə hazır vəziyyətə gətirildi

S-300 raketləri döyüşə hazır vəziyyətə gətirilib, şərti düşmənin zərbələri dəf edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi bu ilin hazırlıq planına uyğun olaraq, hava hücumundan müdafiə bölmələrinin şəxsi heyəti ilə məşğələlər keçirilir.

Məşğələlər zamanı həyəcan siqnalı ilə qaldırılan S-300 “Favorit” zenit-raket komplekslərinin divizionlarının döyüş heyətləri texnikanın döyüşə hazır vəziyyətə gətirilməsi, obyektlərin hava hücumundan mühafizəsi, şərti düşmənin raket zərbələrinin dəf edilməsi, eləcə də digər tapşırıqları icra edirlər.

Bildirilib ki, məşğələlərin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların nəzəri bilik və praktiki vərdişlərinin artırılması, həmçinin hava hücumundan müdafiə bölmələrinin döyüş hazırlığının daima yüksək səviyyədə saxlanılmasıdır.

 


SON DƏQİQƏ: S-300-lər döyüşə hazır vəziyyətə gətirildiSON DƏQİQƏ: S-300-lər döyüşə hazır vəziyyətə gətirildiSON DƏQİQƏ: S-300-lər döyüşə hazır vəziyyətə gətirildi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026