Kiyevə atılan raketlərdən biri Taras Şevçenko adına Kiyev Milli Universitetini yaxınlığına düşüb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərtac-ın Ukrayna bürosundan Emin Hüseynli deyib.
Onun sözlərinə zərbənin təsirindən bir neçə avtomobil pa
rtlayıb: "Hazırda hadisə yerində təhlükəsizlik orqanlarının əməkdaşları işləyirlər".
***
11:14
Kiyevə atılan raket zərbəsindən ölənlərin sayı artır.
Bakıvaxtı.az xəbər verir ki. bu barədə ölkənin Daxili İşlər Nazirliyinini məlumatında qeyd olunur.
Bildirilib ki, hadisə nəticəsində ölənlərin say 8-ə yüksəlib, 24 nəfər isə yaralanıb.
***
10:17
Ukraynadan verilən ilk açıqlamalara görə, raketlərdən biri uşaq meydançasına, digəri isə Zelenskinin iş ofisinin yerləşdiyi əraziyə düşüb.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nətisəində çoxlu ölü və yaralı var.
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib ki, terrorçuların raketləri ölkənin ürəyinə dəysə belə, xalqın cəsarətini məhv edə bilməz.
***
09:35
Ukraynanın paytaxtı Kiyevdə partlayış səsləri eşidilib.
Bakıvaxtı.az-ın "Haber Global"a istinadən məlumatına görə, partlayış Kiyevin mərkəzində qeydə alınıb.
Bölgədə hava hücumundan müdafiə sistemləri işə salınıb.
Hadisə şahidlərinin sözlərinə görə, paytaxtın bir çox nöqtələrindən tüstü qalxır.
"Bu səhər paytaxtın mərkəzində çoxsaylı partlayışlar olub. Dnepr şəhərində də partlayışlar baş verib", - Kiyev meri Vitali Kliçko bildirib.
Aytac Aslan

















