Britaniyalı sosial media fenomeni İspaniyada körpüdən yıxılaraq ölüb.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, fenomen izləyicilərindən daha çox bəyənmə toplamaq üçün İspaniyanın ən hündür körpülərindən biri olan Puente de Castilla-La Mancha körpüsünə dırmaşmağa cəhd edib.
Belə ki, heç bir təhlükəsizlik tədbiri görmədən körpüyə çıxan fenomen 48 metr hündürlükdən yıxılaraq 26 yaşında dünyasını dəyişib.
Nuriyyə Musayeva















