• Bakı C

    7.81 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Sosial sığorta daxilolmaları artır - İqtisadçı RƏYİ

İQTİSADİYYAT

16 Dekabr 2025 | 17:14

Sosial sığorta daxilolmaları artır - İqtisadçı RƏYİ

“Dövlət Sosial Müdafiə Fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsinə əsasən, gələn il məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların proqnozunun 2109,12 mln. manatı və ya 32,0 faizi büdcədən maliyyələşən təşkilatların, 4481,98 mln. manatı və ya 68,0 faizi qeyri-büdcə sektorunun payına düşür. Bu isə 2025-ci ilin təsdiqlənmiş proqnoz göstəricisinə nisbətən istiqamətlər üzrə müvafiq olaraq 73,36 mln. manat və ya 3,60 faiz və 520,34 mln. manat və ya 13,13 faiz çoxdur.

Bundan başqa, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2026-cı ildə minimum əməkhaqqının 400 manat həddində 103,5 mln. manat proqnozlaşdırılır.

Maraqlıdır ki, gələn il üçün nəzərdə tutulan qanun layihəsi gözləntiləri doğrulda biləcəkmi?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, nəzərdə tutulan büdcə və planlamalar konkret hesablamalar əsasında həyata keçirilir:

"Proqnozlar gələcəyə doğru yönəldiyi üçün heç kim dəqiq təminat verə bilməz. Lakin proqnozlar hesablanmaya əsaslandığına görə gələn il üçün iqtisadiyyatda ciddi kataklizmin baş verməyəcəyini göstərir. Gələn il üçün nəzərdə tutulan iqtisadi proqnozlarda həm orta aylıq əməkhaqqının artımı gözlənilir, həm iqtisadiyyatın böyüməsinə dair gözlənilər var, həm də insanların nominal gəlirlərinin artacağı gözlənilir. Gələn il üçün ÜDM-də 2.9 faiz, qeyri-neft sektorunda artımın 5 faiz olacağı proqnozlaşdırılır. Həmçinin hazırda orta aylıq əməkhaqqı 1080 manatdır. Gələn il orta aylıq əməkhaqqı təxminən 7.6 faiz artacağı gözlənilir. Əhalinin nominal gəlirlərinin isə 8.3 faiz artacağı proqnozlaşdırılır".

Xalid Kərimli: Proqnozlar gələn il üçün iqtisadiyyatda ciddi kataklizmin baş verməyəcəyini göstərir

İqtisadçı vurğulayıb ki, ümumilikdə hökumət iqtisadiyyatın böyüyəcəyini gözləyir. Bundan başqa, iqtisadiyyatın strukturunda qeyri-neft sektorunun payı artacaq.

"Dövlət Sosial Müdafiə Fondu (DSMF) qeyd olunan proqnozlar çərçivəsində öz büdcəsini hazırlayıb. Çünki DSMF-nun büdcəsinin əsas gəlir mənbəyi əməkhaqqı fondudur. Güman edirəm ki, büdcə kifayət qədər rializasiya olunub və əsaslandırılıb”.

Müsahibimiz qeyd edib ki, bütün hallarda gələcəyə yönəlik bütün addımlarda qeyri-müəyyənlik var.

“Əgər iqtisadi artımla bağlı ciddi kənarlaşmalar olmasa, mövcud layihə kifayət qədər real və əsaslıdır", - deyə Xalid Kərimli qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR