Müdafiə naziri Sergey Şoyqu verdiyi müsahibədə Rusiya Prezidenti Vladimir Putinin bu ilin sentyabrında keçiriləcək Dövlət Duması seçkilərində "Vahid Rusiya" partiyasının federal siyahısına başçılıq etmək təklifini ən yüksək etimad adlandırdı.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Vahid Rusiya iyun ayında keçirilən qurultayda seçki siyahılarını təsdiqlədi. Putinin təklifi ilə S.Şoyqu Vahid Rusiya siyahısının federal hissəsinin rəhbəri oldu.
Şoyqunun siyahıya rəhbərlik etməyə niyə razı olduğunu soruşduqda, nazir heç bir razılıq tələb olunmadığını bildirib:"Vladimir Putinin bu təklifini Vahid Rusiya qurultayında dediyim kimi böyük bir şərəf və ən yüksək etimad olaraq qəbul etdim. Yaradılmasında bilavasitə iştirak etdiyim partiyaya münasibətim həmişə xüsusidir. Ölkəmiz nəinki böyük coğrafi ərazdir, həm də çoxmillətli bir xalqdır. Xatırlatmaq istərdim ki, Rusiyada 190 -dan çox xalq yaşayır. Və hər birinin öz tarixi, mədəniyyəti, ənənələri var".
















