İsrailin maliyyə naziri Beçalel Smotriç və hindistanlı həmkarı Nirmala Sitharaman Nyu-Dehlidə iki ölkə iqtisadi əlaqələrin gücləndirilməsinə yönəlmiş ikitərəfli investisiya layihəsi imzalayıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Yeni sənəd qarşılıqlı investisiyaların dəstəklənməsini, investorlar üçün zəmanət və müdafiəni nəzərdə tutur. Bu, Hindistanın 2017-ci ildə ləğv etdiyi 1996-cı il müqaviləsini əvəz edir.
Smotriç qeyd edib ki, sazişin imzalanması yeni biznes imkanları açacaq və İsrailin ixrac potensialını gücləndirəcək strateji addım olacaq. Tərəflərin fikrincə, sənəd innovasiyalar, infrastruktur, maliyyə tənzimlənməsi və rəqəmsal xidmətlər sahələrində əməkdaşlığın inkişafına şərait yaradacaq.
Səfər zamanı İsrail ixracatçıları üçün daha əlverişli maliyyə şərtlərini təmin edəcək birgə maliyyə protokolunun imzalanması, habelə Hindistanda İsrail Maliyyə Nazirliyinin nümayəndəliyinin açılması imkanları da müzakirə olunub.