• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Stoltenberq   bu gün mətbuat konfransı keçirəcək

DÜNYA

30 Sentyabr 2022 | 12:01

Stoltenberq bu gün mətbuat konfransı keçirəcək

NATO-nun Baş katibi Yens Stoltenberq sentyabrın 30-da planlaşdırılmamış mətbuat konfransı keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NATO-nun Mətbuat Xidməti məlumat yayıb.

Mətbuat konfransının mövzusu dəqiqləşdirilməyib.

Qeyd edək ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını keçirəcək.

Bundan əlavə, Rusiya Prezidenti Vladimir Putin dünən Rusiyanın Ukraynanın Zaporojye və Xerson vilayətlərinin dövlət “suverenliyinin” və “müstəqilliyinin” tanınması haqqında fərman imzalayıb. Onun bu günə çıxışı planlaşdırılır. Bundan başqa, DXR, LXR, Xerson və Zaporojye vilayətlərinin "referendum"un nəticələrinə görə Rusiyaya daxil olması ilə bağlı müqavilələrin imzalanması gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026