• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Su quyusuna düşən 58 yaşlı kişi xilas edildi - VİDEO

CƏMİYYƏT

13 Sentyabr 2021 | 16:33

Su quyusuna düşən 58 yaşlı kişi xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonu, Muğanlı kəndində 1 nəfərin su quyusuna düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Bakıvaxtı.az-a bildirilib ki, məlumat əsasında dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, dərinliyi təqribən, 8 metr olan su quyusuna düşmüş 1963-cü il təvəllüdlü Bədəlov İsa Musa oğlunun üzərinə çay daşları ilə hörülmüş quyunun divarının bir hissəsi tökülməklə vətəndaşın həyatı üçün təhlükəli vəziyyət yaranıb.

Yanğınsöndürən-xilasedicilər operativ olaraq xüsusi vasitələrlə İ.Bədəlovu quyudan çıxararaq həyatını xilas ediblər. Vətəndaş Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.


Su quyusuna düşən 58 yaşlı kişi xilas edildi - VİDEOSu quyusuna düşən 58 yaşlı kişi xilas edildi - VİDEOSu quyusuna düşən 58 yaşlı kişi xilas edildi - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026