• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sudan ordusu razılaşdı: humanitar dəhliz açılır

DÜNYA

16 Aprel 2023 | 20:23 | Müəllif: Subhan Mahmudov

Sudan ordusu razılaşdı: humanitar dəhliz açılır

Sudan ordusu bazar günü axşam üç saat ərzində humanitar dəhlizlərin açılmasına razılıq verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə silahlı qüvvələrin bəyanatında deyilir.

"Sudan Silahlı Qüvvələri BMT-nin humanitar yardımlar üçün təhlükəsiz keçidlərin saat 16:00-dan başlayaraq üç saat ərzində açılması təklifi ilə razılaşır", - məlumatda deyilir.

Qeyd edək ki, Sudanda Çevik Reaksiya Qüvvələri ilə nizami ordu arasında döyüşlər başlayıb. Sudan Çevik Reaksiya Qüvvələri Xartumdakı Respublika Sarayını (prezident sarayı), paytaxtın beynəlxalq hava limanını və ölkənin şimalındakı Meroe şəhərindəki aviabazanı nəzarətə götürdüyünü bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026