• Bakı 8° C

    1 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Sudanda toqquşmalar: 288 dinc sakin ölüb

DÜNYA

08 Iyun 2024 | 15:13 | Müəllif: Gülşən Şərif

Sudanda toqquşmalar: 288 dinc sakin ölüb

Mayın 10-da döyüşlərin qızışmasından bəri Sudanın qərbindəki El-Faşer şəhərində 288 dinc sakin həlak olub.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Şimali Darfur əyalətinin Səhiyyə Nazirliyinin baş direktoru İbrahim Abdulla Xatir deyib.

"Mayın 10-dan indiyədək qeydə alınan ölüm hallarının sayı 288-ə çatıb", - İ.A.Xatir bildirib. O əlavə edib ki, həmin dövrdə zərərçəkənlərin sayı 1 300 nəfərə çatıb. Onların əksəriyyəti qadınlar, uşaqlar və qocalardır.

Mayın 10-dan Şimali Darfur əyalətinin paytaxtı El-Faşerdə şiddətli toqquşmalar başlayıb.

Bu, 15 aprel 2023-cü ildən Sudan Silahlı Qüvvələri ilə hərbiləşdirilmiş Çevik Reaksiya Qüvvələri arasında ölkə daxilində genişmiqyaslı qarşıdurmanın son eskalasiyasıdır.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin məlumatına görə, toqquşmalar ölkə daxilində 15 550 nəfərin həyatına son qoyub, 8,8 milyondan çox insan didərgin düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026