Sudan Səhiyyə Nazirliyi ölkədə vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayının 56-ya yüksəldiyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli mediada məlumat yayılıb.
Açıqlamada bildirilib ki, Kesele və Qədərif vilayətlərində 128 yeni vəbaya yoluxma hadisəsi qeydə alınıb. Bununla da ölkə üzrə bu il ərzində yoluxmalarına sayı 1351-ə çatıb.
Həmçinin, qeyd edilib ki, ölənlərin sayı 56 nəfərdir.
Əli Hüseynov
















