Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi – Sumqayıt Yaşayış Kompleksi və Lənkəran Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu saata olan məlumata görə seçilmiş 544 mənzilin 544-ü vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.
***
11:02
Bu gün Sumqayıt və Lənkəran şəhərlərində güzəştli satışa çıxarılan ümumilikdə 544 mənzilin seçim prosesi başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, prosesin başlamasını Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən elan edilib.
Satışa çıxarılan mənzillərdən 392-si Sumqayıt şəhəri, Bulvar küçəsi, 197 ünvanında yerləşən Sumqayıt Yaşayış Kompleksinə, 152-si isə Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksinə aiddir.