Sumqayıt şəhərində 800 abonentin qazı müvəqqəti kəsiləcək.
Bu barədə Bakıvaxtı.az-ın yerli bürosuna "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.
Qeyd olunub ki, Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisində yerləşən 89 mm-lik qaz xəttində baş verən sızmanın aradan aldırılması məqsədilə noyabrın 5-də saat 11:30-dan etibarən 800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qaz təchizatı sızma tam aradan qaldırıldıqdan sonra bərpa ediləcək.
Bakı 


