• Bakı 21° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Sumqayıtda yaşayan ermənilərin sayı açıqlandı

CƏMİYYƏT

24 Yanvar 2024 | 20:34 | Müəllif: Subhan Mahmudov

Sumqayıtda yaşayan ermənilərin sayı açıqlandı

Dövlət Statistika Komitəsinin Sumqayıt şəhər şöbəsi 2022-ci ilin sonunda 426 min nəfər sakin qeydə alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu göstəricilərə əsasən, Sumqayıt şəhərində 377 941 nəfər, Hacı Zeynalabdin qəsəbəsində 29 641 nəfər, Corat qəsəbəsində isə 18 418 nəfər əhali yaşayır.
 
Dövlət Statistika Komitəsi əhalinin sonuncu siyahıyaalınması (2019-cu il) zamanı Sumqayıtda yaşayan əhalinin milli (etnik) tərkibini də müəyyənləşdirib.

Məlum olub ki, Sumqayıtda say çoxluğuna görə azərbaycanlılardan sonra ləzgilər gəlirlər. Sonrakı yerlərdə ruslar və talışlar qərarlaşıblar.

Sonuncu siyahıyaalınma zamanı Sumqayıtda, hətta 4 nəfər erməninin yaşadığı da müəyyən olunub.

Sumqayıtda yaşayan əhalinin milli (etnik) tərkibi məlumatını təqdim edirik:


Sumqayıtda yaşayan ermənilərin sayı açıqlandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026