• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Suriyalı silahlılar İtaliya səfirliyinə daxil oldu

DÜNYA

08 Dekabr 2024 | 21:02

Suriyalı silahlılar İtaliya səfirliyinə daxil oldu

Suriyalı üsyançı qruplar İtaliyanın Suriyadakı səfirliyinə daxil olublar.

Bakıvaxtı.az xəbər verir ki, bunu İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tajani deyib.

“Suriya üsyançıları rejim adamlarını axtarmaq üçün İtaliya səfirinin iqamətgahının həyətinə daxil olublar. Hadisə nəticəsində səfir və qərargahın mühafizə işçiləri xəsarət almayıb. Üsyançılar 3 avtomobili özləri ilə aparıblar”, - deyə nazir qeyd edib.

Antonio Tayani İtaliya Baş naziri və müdafiə naziri ilə daim əlaqə saxladığını bildirib.

İtaliyanın müdafiə naziri Quido Krosetto italyan personalın təhlükəsizliyini və onların çıxarılmasını təmin etmək üçün bütün variantları nəzərdən keçirdiklərini deyib.


SON XƏBƏRLƏR

18 Aprel 2025