• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Şuşadakı abidələrin elektron xəritəsi hazırlanıb

CƏMİYYƏT

28 Dekabr 2021 | 13:25 | Müəllif: Subhan Mahmudov

Şuşadakı abidələrin elektron xəritəsi hazırlanıb

Şuşada yerləşən abidələrin elektron xəritəsi hazırlanıb və 46 tarixi abidənin üzərinə məlumat lövhələri quraşdırılıb.

Bakıvaxtı.az Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov "Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr" mövzusunda keçirilən mətbuat konfransında deyib.

A.Kərimovun sözlərinə görə, Ağdam, Füzuli və Cəbrayılda İşğal və Zəfər muzeyləri yaradılıb.

"Eyni zamanda Mədəniyyət Nazirliyi Şuşada Bülbülün ev-muzeyinin bərpasında iştirak edib. "Qarabağa kitabla gedək" layihəsi icra edilib və Qarabağ Kitab Fondu yaradılıb", - nazir qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026