• Bakı 18° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Ölkəmizdə növbəti Peşələr Festivalı keçiriləcək

CƏMİYYƏT

20 Oktyabr 2023 | 19:02 | Müəllif: Subhan Mahmudov

Ölkəmizdə növbəti Peşələr Festivalı keçiriləcək

İlk Festival oktyabrın 28-də Qubada olacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinintabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindənölkəmizdə ikinci dəfə Peşələr Festivalı keçiriləcək. 

Bu dəfə “Peşəni peşəkardan soruş!” devizi altındakeçiriləcək festivalın əsas məqsədi düzgün peşə seçiminədair məlumatlılığın artırılması, eləcə də iştirakçılardapeşələr barədə əyani təsəvvürlər yaratmaqdır.

Azərbaycanın 10 bölgəsini əhatə edəcək festivalda 14peşə haqqında maarifləndirici tədbirlər həyata keçiriləcək.

İştirakçılar festivala qatılmaqla peşə sahələri üzrə inkişafetməyin yolları, gələcəkdə əmək bazarının necəformalaşacağı və peşələr üzrə hansı bacarıqların tələbolunduğu barədə məlumatlar əldə edəcək. 

Festivala ilk olaraq oktyabrın 28-də Quba rayonunda start veriləcək.

Ümumilikdə, festival aşağıda qeyd edilən rayon və şəhərləri əhatə edəcək:

• Quba – 28 oktyabr

• İsmayıllı – 30 oktyabr

• Zaqatala – 1 noyabr

• Şəmkir – 3 noyabr

• Salyan – 5 noyabr

• Ordubad – 9 noyabr

• Naxçıvan – 11 noyabr

• Cəlilabad – 14 noyabr

• Sabirabad – 16 noyabr

• Bakı – 18 noyabr


Festival çərcivəsində robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobiltelefonların təmiri ustası, elektrik avadanlıqların təmiri, yardım masası, Uİ\UX dizayner, qrafik dizayner, geyimüzrə dizayner, fotoqraf\videoqraf peşələri üzrə peşəkarekspertləri tərəfindən təqdimat və vorkşoplar keçiriləcək. 

Tədbirdə iştirak ödənişsizdir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026