• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Həyat yoldaşı Tağı Əhmədovun vəziyyətindən DANIŞDI - YENİLƏNİB

CƏMİYYƏT

21 Fevral 2023 | 11:20

Həyat yoldaşı Tağı Əhmədovun vəziyyətindən DANIŞDI - YENİLƏNİB

Yazıçılar Birliyinin üzvü Salatın Əhmədova həyat yoldaşı Tağı Əhmədovun vəziyyətindən danışıb.

Bakıvaxtı.az xəbər verir ki, o,  açıqlamasında bunları deyib:

"Tağının vəziyyəti pisləşib, xəstəxanaya yerləşdirmişik. Müalicə götürür. Günümüzün bəlasıdır da, nə bilim... 

Hələ ki, əməliyyat olmayıb, ancaq müalicə olunur. Həkimlər deyir ki, inşallah yaxşı olar. Allah cavanlara can sağlığı versin", - deyə S.Əhmədova bildirib. /Unikal

 

10:43

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun səhhəti yenidən pisləşib.

Bakıvaxtı.az xəbər verir ki, o, "Bona Dea" klinikasına yerləşdirilib.

Tağı Əhmədov hazırda həmin klinikada müalicəsini davam etdirir.

Qeyd edək ki, T.Əhmədov 1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi olub. Son zamanlarda onun ayağında ciddi problem yaranmışdı. /Unikal


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026