“Milli Məclis və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azərbaycan torpaqlarında törədilən soyqırımlarla bağlı Rusiyanın müvafiq təşkilatlarına müraciət etməlidir. Rusiyanın Elmlər Akademiyası və parlamenti öz dövlətinin Azərbaycan torpaqlarında öz törətdiyi cinayətləri etiraf etməlidir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” kitabının təqdimatında Milli Məclisin deputatı Tahir Kərimli bildirib.
O qeyd edib ki, Azərbaycanın tarixi torpaqları olan indiki Ermənistanda törədilən mənəvi soyqırımla bağlı beynəlxalq təşkilata müraciət edilməlidir: “Azərbaycanlılara qarşı törədilən soyqırım aktları ilə bağlı əməli tədbirlər həyata keçirilməlidir”.
Ramid İbrahimov
















