• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

“Taliban” Kabil aeroportuna gedən yolu bağlayıb

DÜNYA

24 Avqust 2021 | 17:45

“Taliban” Kabil aeroportuna gedən yolu bağlayıb

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması Həmid Karzay Beynəlxalq Hava Limanına gedən yolu bağlayıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kabildə keçirilən mətbuat konfransında “Taliban”ın nümayəndəsi Zəbiullah Mücahid məlumat verib.

“Biz aeroporta gedən yolu bağlamışıq və oraya yalnız xarici ölkələrin vətəndaşlarını buraxırıq”, - o qeyd edib.

Z.Mücahidin sözlərinə görə, avqustun 31-dən sonra təxliyə işləri qadağan ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026