• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tanınmış “qanuni oğru” həbs ediləcək - FOTO

DÜNYA

05 Aprel 2024 | 10:09 | Müəllif: Subhan Mahmudov

Tanınmış “qanuni oğru” həbs ediləcək - FOTO

Rusiyada cinayət iyerarxiyasında ən yüksək vəzifə tutmaqda təqsirləndirilən "qanuni oğru" Teko Tbilisskinin qiyabi həbsi tələb edilir.

Bakıvaxtı.az xəbər verir ki, müvafiq vəsatət Moskvanın Tverskoy Məhkəməsinə daxil olub. Baxış tarixi hələ təyin edilməyib.

Müstəntiqlərin fikrincə, 50 yaşlı kriminal lider 1992-ci ildən bəri kriminal iyerarxiyada ən yüksək vəzifəni tutur. 2015-ci ilin iyununda o, Moskvada saxlanılıb və üzərindən heroin götürülüb. 2018-ci ilə qədər Tbilisski xüsusi rejimli həbsxanalarda olub. Koloniyanı tərk etdikdən sonra o, cinayətkar təsir dairəsini Moskva, Moskva vilayəti və Tatarıstanın müxtəlif islah müəssisələrinə genişləndirib.

Teko azad edildikdən sonra Tbilisski pasportunda adını dəyişərək Yakov Mixayloviç İzmailov olub. 2020-ci ilin martından o, federal axtarışdadır./lent.az


Tanınmış “qanuni oğru” həbs ediləcək - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026