• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Nikosayağı"nın SON DURUMU

CƏMİYYƏT

15 Avqust 2023 | 14:16 | Müəllif: Subhan Mahmudov

"Nikosayağı"nın SON DURUMU

15.08.2023-cü il tarixində saat 01:08 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nərimanov rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub, briqadalar dərhal hadisə yerinə cəlb olunub. 

Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində xəsarət alan vətəndaş Nicat Şakirli (29 yaş) sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə, Fəxri Rüstəmov (23 yaş) sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə olunublar. 

Kliniki Tibbi Mərkəzdə müalicəsi aparılan Nicat Şakirlinin vəziyyəti stabil ağır olaraq qiymətləndirilir. Hazırda həkim nəzarəti altındadır.

Fəxri Rüstəmova Sabunçu Tibb Mərkəzində sağ əlin iki barmağının kəsilmiş yarası diaqnozu ilə ilkin tibbi yardım göstərilib, zəruri müayinələr aparılıb. Daha sonra vətəndaş özünün və ailəsinin istəyi ilə ambulator müalicə üçün evə buraxılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026