• Bakı 20° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Təcili tibbi yardım işçilərinə xəsarət YETİRİLDİ

HADİSƏ

17 Aprel 2024 | 09:54

Təcili tibbi yardım işçilərinə xəsarət YETİRİLDİ

Ağsuda təcili tibbi yardım xidmətinin əməkdaşlarına xəsarət yetirilib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, rayon sakini Samit Hüseynov Ağsu rayon təcili tibbi yardım əməkdaşları – həkim-feldşer, 1962-ci il təvəllüdlü - Şikarov Zöhrab Babacan oğluna və təcili tibbi yardımın sürücüsü, 1990-ci il təvəllüdlü Elnur Xasıyevə xəsarət yetirib. Hər iki şəxs rayon mərkəzi xəstəxanasına çatdırılıb.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov APA-nın Şirvan bürosunun sorğusuna cavab olaraq bildirib ki, xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertiza təyin olunub, tərəflərin izahatları alınıb və hazırda araşdırmalar davam etdirilir.


    SON XƏBƏRLƏR

    29 Aprel 2024