• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Tədris kursları və repetitor xidmətləri qadağan edilsin - Məktəb direktoru

GÜNDƏM

04 Avqust 2021 | 17:12

Tədris kursları və repetitor xidmətləri qadağan edilsin - Məktəb direktoru

Azərbaycanda fəaliyyət göstərən tədris kurslarının və repetitor xidmətlərinin fəaliyyəti yenidən müzakirə obyekti olub. Kölgə təhsili adlanan bu xidmətlərlə 20 ildən çoxdur mübarizə davam etsə də, bu fəaliyyətin yaxşı tərəflərinin olduğunu dilə gətirənlər də var.

Məktəb direktoru, təhsil üzrə ekspert Almaz Həsrət Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, şagirdlərin məktəbə gündəlik davamiyyətinin nizama düşməsi üçün tədris kurslarının və repetitor xidmətlərinin fəaliyyətinə qadağa qoyulmalıdır.

“Təhsildə ödənişli əsaslarla fəaliyyət göstərən bütün xidmətlər və repetitorluq fəaliyyətinə qəti qadağa qoyulsa, şagirdlərin məktəbə gündəlik davamiyyəti nizama düşər, tədris yükü normallaşar, orta təhsil müəssisələrinə diqqət artar,  uğura doğru inkişafa nail olarıq.

İnkişafa dəstək ola bilməyən keyfiyyətsiz kadrlar, təhsil işçiləri təhsildən uzaqlaşdırılmalıdır. Yeni gələn gənc nəsildən ən yüksək bacarıq və bilik daşıyıcısı olanları məktəbə-tədrisə cəlb etmək lazımdır. 30-40 bal arasında nəticəsi olanları idarəedəni heyətdən uzaqlaşdırmaq və keyfiyyətsizlikləri ilə təhsilə zərbə vuranları təhsildən çıxarmaq gərəkdir”.,-deyə A.Həsrət bildirib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026