• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Tələbələrin imtahan stressi: Bundan necə qurturmalı?

CƏMİYYƏT

19 Yanvar 2023 | 09:53 | Müəllif: Qalib İbrahimoğlu

Tələbələrin imtahan stressi: Bundan necə qurturmalı?

 Azərbaycan universitetlərində qış imtahan sessiyaları davam edir. Adətən zəif qiymət alan tələbələr bunun stess və həyacanla əlaqəli olduğunu iddia edirlər. Bəs imtahan verən tələbələr stress və həyacan yaşamamaq üçün nə etməlidirlər?

Psixoloq Günay Kərimi Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bütün il boyu çalışır, oxuyur, əmək veririk və bir gün artıq əməyimizin qarşılığını almaq zamanı gəlir çatır: “Amma vaxt yaxınlaşdıqca içimizdəki həyacan, narahatlıq, stress daha da çoxalmağa və bizi yormağa başlayır. Tələbə adını daşıyan bir çox gəncimiz imtahan öncəsi bu halı yaşayir”.

Onun sözlərinə görə, hər birimizin özünəməxsus fərdi, psixoloji xüsusiyyətlərimiz, temperament tipimiz, xarakterimiz var. Hər bir insan özünəməxsus şəxsiyyət tipinə malik olduğu üçün mənimsəmə və qavraması da fərqlidir: “Bəziləri az oxuyub daha çox təqdimat edə bilirlər. Bəziləri isə nə qədər oxusa da, özünü təqdim edə bilmir. Bunun psixoloji səbəbi özgüvənsizlikdir. Özünə güvəni tam olan abituriyent və tələbələr özünü ifadə etməkdə çətinlik çəkmir. Özünə inamı aşağı olan tələbələr isə həyacandan bildiklərini də unudurlar. Yəni, imtahana yaxşı hazırlaşan insanda həyacan məsuliyyətdən, digərində isə qorxudan olur”.

Psixoloq bildirib ki, imtahandan az bal yığdığı üçün özünə qəsd edən tələbələrlə də qarşılaşırıq: “Bilməliyik ki, nəticə nə olur olsun, bu, son deyi. Unutmayaq ki, çox böyük işlər görən insanlar inadla istəklə çalışaraq bu yerə gəliblər. Bəlkə də, onlar bir uğur üçün bütün ömürlərini sərf ediblər”.

Günay Kəriminin dediyinə görə, düşüncələrimizi pozitiv tutaq ki, yaxşı istiqamətə yanaşa bilək: “Unutmayaq ki, xoşbəxtliyimizin önündə ən böyük əngəl biz özümüzük”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026