• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Tənqid olunan generala yeni vəzifə verildi

DÜNYA

10 Yanvar 2023 | 12:15

Tənqid olunan generala yeni vəzifə verildi

Ukraynadakı müharibə zamanı uğursuzluqlarına görə tənqid olunan və vəzifəsindən kənarlaşdırılan rusiyalı general-polkovnik Aleksandr Lapin yeni vəzifəyə təyin olunub. 

Bakıvaxtı.az “Kommersant”a istinadən xəbər verir ki, Rusiyanın Ukraynadakı “Mərkəz” qoşun qruplaşmasının keçmiş komandanı A. Lapin Quru Qoşunlarının Baş Qərargah rəisi təyin olunub.

Qeyd edək ki, Lapin 2017-ci ilin noyabrından Mərkəz Hərbi Dairəsinin qoşunların komandanı olub. O, ötən ilin noyabrında vəzifəsindən kənarlaşdırılıb. Lapin Rusiya qoşunlarının Krasnıy Liman ərazisinə nəzarəti itirməsində günahlandırılıb. Belə ki, Çeçenistan rəhbəri Ramzan Kadırov bununla bağlı generalın ünvanına ittihamlar səsləndirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026