• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Tezliklə bu hava limanının tikintisi başlayacaq" - Ərdoğan

DÜNYA

02 Sentyabr 2023 | 21:02 | Müəllif: Subhan Mahmudov

"Tezliklə bu hava limanının tikintisi başlayacaq" - Ərdoğan

Tezliklə Hatay Hava Limanının tikintisinə başlanılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatay Şəhərsalma Layihəsinin kollektiv təməlatma mərasimində bildirib.

“Bu yaxınlarda Qəhrəmanmaraş və Adıyamanda minlərlə binanın təməlini atdıq. Hatayda 254 min 195 evə ziyan dəyib. Hazırda Hatayda 32 min 600 yaşayış yeri, 7 min 800 kənd evi və anbar olmaqla 40 min 400 müstəqil hissənin tikintisi davam edir. Bu gün yenilərini əlavə edirik. 5 min müstəqil bölmənin təməlini qoyuruq”, - Ərdoğan qeyd edib.

O bildirib ki, ümumilikdə 86 min nəfər bu layihənin gerçəkləşməsi üçün müraciət edib.

“Hatay Hava Limanının layihəsi tamamlanıb. Tezliklə hava limanının tikintisinə başlanılacaq”, - Ərdoğan əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026