• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Tikinti şirkəti “Şərq Bazarı” ilə bağlı iddialara cavab verdi

CƏMİYYƏT

18 Aprel 2023 | 14:43

Tikinti şirkəti “Şərq Bazarı” ilə bağlı iddialara cavab verdi

“Şərq Bazarı” kompleksi bərpa və yenidənqurma layihəsində iştirak etmiş subpodratçı şirkətlər - “MV Group” MMC, “MECC” MMC və “İdea Yapı” MMC-nin səlahiyyətli nümayəndələrinin podratçı şirkət olan “6-cı Mərtəbə” Müstəqil Şirkəti ilə bağlı iddialara cavab verilib.

“6-cı Mərtəbə” Müstəqil Şirkətindən Bakıvaxtı.az-ın informasiya sorğusuna verilən cavabda bildirilib ki, həmin müəssisələr tərəfindən “öhdəliklərinin lazımi qaydada icra edilməsinə baxmayaraq, bunun müqabilində pullarını ala bilmədikləri” ilə bağlı səsləndirilən fikirlər həqiqətə uyğun deyil və böhtan xarakteri daşıyır.

"Belə ki, "Şərq Bazarı” kompleksinin bərpası və yenidənqurulması istiqamətində adları qeyd edilən şirkətlər ilkin mərhələdə “6-cı Mərtəbə” Müstəqil Şirkətinin subpodratçı tərəfdaşları qismində fəaliyyətə cəlb ediliblər.

Bağlanmış subpodrat müqaviləsinə uyğun olaraq şirkətlərə külli miqdarda ödənişlərin edilməsinə baxmayaraq, yerinə yetirilməli olan işlərin böyük əksəriyyəti başa çatdırılmayıb, bu işlərin bir qisminin icrasına qeyri-peşəkarlıq və səriştəsizlik səbəbindən ümumiyyətlə başlanılmayıb, təhvil verilmiş işlərdə isə zəmanət müddəti keçməmiş ciddi qüsurlar aşkarlanıb. 

Şirkətlərin göstərilən əməlləri nəticəsində “6-cı Mərtəbə” Müstəqil Şirkətinə vurulmuş maddi ziyanın tutulması üçün “MV GROUP” MMC-yə qarşı məhkəməyə müraciət olunub və hazırda iş Bakı Kommersiya Məhkəməsində baxılmaqdadır. Eyni zamanda “İdea Yapı” MMC və “MECC” MMC barəsində prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, məhkəməyə müraciət edilməsi istiqamətində tərəfimizdən işlər aparılmaqdadır", - deyə “6-cı Mərtəbə” Müstəqil Şirkətindən bildirilib.

Qeyd edilib ki, hər üç şirkət tərəfindən səsləndirilən iddialara maddi ziyanın ödənilməsi ilə bağlı üzərinə düşən öhdəliklərin icrasından yayınmaq, habelə məsələyə hüquqi müstəvidə baxılması ilə bağlı görülən tədbirlərdən “6-cı Mərtəbə” Müstəqil Şirkətini çəkindirmək məqsədini daşıyır: "6-cı Mərtəbə” Müstəqil Şirkətinin nüfuzuna xələl gətirə biləcək böhtan xarakterli və əsassız hərəkətlərin qarşısının alınması, eyni zamanda qanunsuz əməllərə hüquqi qymətin verilməsi üçün tərəfimizdən aidiyyəti dövlət qurumlarına müraciət ediləcəkdir". 

İbRa 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026