• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tokio-2020: Daha 4 idmançımız mübarizə aparacaq

İDMAN

02 Avqust 2021 | 23:04 | Müəllif: Subhan Mahmudov

Tokio-2020: Daha 4 idmançımız mübarizə aparacaq

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir. Olimpiadanın 12-ci günündə - avqustun 3-də də Azərbaycanın 4 idmançısı mübarizə aparacaq.

Bakıvaxtı.az xəbər verir ki, yarış günündə 3 güləşçimiz xalça üzərinə çıxacaq. Yunan-Roma güləşçimiz Rafiq Hüseynov (77 kq) və qadın təmsilçimiz Elis Manolova (68 kq) təsəlliverici görüşə çıxacaqlar. R.Hüseynov Tunis idmançısı Lamjed Maafi, E.Manolova isə qırğızıstanlı Mirim Jumanazarova ilə qarşılaşacaq.

Digər yunan-Roma güləşçimiz İslam Abbasov (87 kq) isə Olimpiadada ilk görüşünü keçirəcək. İdmançımız kubalı Daniel Heçavarria ilə qarşılaşacaq. Həmyerlimiz bu görüşdə qalib gəlsə, dörddəbir finalda Kiril Maskeviç (Belarus) - Məhəmməd Metvalli (Misir) qarşılaşmasında üstün olan güləşçi ilə üz-üzə gələcək.

Üç təkanla tullanma yarışlarında ölkəmizi Nazim Babayev təmsil edəcək. Atletimiz A qrupunda mübarizə aparacaq. Qrupda N.Babayev ilə yanaşı, daha 15 atlet finala vəsiqə qazanmaq üçün yarışacaq.

Azərbaycanın Olimpiya komandası “Tokio-2020”də iki bürünc medal qazanıb. Medalları ölkəmizin aktivinə qadın cüdoçu İrina Kindzerska və boksçu Alfonso Dominges yazdırıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026