• Bakı 28° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.0972

Tornado bu qədər insanın həyatına son qoydu

DÜNYA

04 Aprel 2025 | 11:21

Tornado bu qədər insanın həyatına son qoydu

ABŞ-də tornada nəticəsində həyatını itirənlərin sayı açıqlanıb.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

İlkin məlumatlara görə, Tennessi, Missuri və İndiana ştatlarında bir çox binaya ziyan vuran tornadolar zamanı 7 nəfər ölüb.

Səlahiyyətlilər elektrik xətlərinin uçmasına səbəb olan şiddətli fırtınalar nəticəsində bölgədəki bir çox evin elektriksiz qaldığını, Tennessi və Kentukki ştatlarında bəzi məktəblərdə təhsilin dayandırıldığını bildirib.

Həmçinin həftə sonuna qədər davam edəcəyi gözlənilən leysan yağışların səbəb ola biləcəyi daşqınlar barədə xəbərdarlıq edilib.

Arkanzas, Missuri, Tennessi və Missisipi ştatlarında davamlı yağışların gözlənildiyi və bu vəziyyətin xüsusilə Missisipi çayı vadisi boyunca təsirli olacağı qeyd olunub.

Mina Mikayılova


SON XƏBƏRLƏR

01 Sentyabr 2025