• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Tovuz təmsilçisindən REKORD: 5 oyundur ki, ...

İDMAN

02 Sentyabr 2024 | 10:56 | Müəllif: Əli Hüseynov

Tovuz təmsilçisindən REKORD: 5 oyundur ki, ...

“Turan Tovuz” Azərbaycan Premyer Liqasında rekordu təkrarlayıb.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Kurban Berdiyevin baş məşqçisi olduğu komanda buna ilk beş turda qol buraxmamaqla nail olub.

Ölkə çempionatlarının 32 illik tarixində 7-ci dəfə bir kollektiv ilk 5 matçında qapısında top görməyib.

Buna ilk dəfə 1993/94 mövsümündə Bakı “İnşaatçı”sı nail olub. “Xəzri” 1995/96, “Dinamo” (sonrakı “Bakı”) 1998/99 mövsümündə bunu bacarıb. Yalnız bir komanda – “Xəzər Lənkəran” startda iki belə seriyaya imza atıb: 2007/08 və 2010/11 mövsümlərində. “Turan Tovuz”dan öncə 5 start oyununda qol buraxmayan sonuncu komanda “Qəbələ” olub. 2016/17 mövsümündə Dmitri Bezotosnı çempionatın ilk 5 turunda qol buraxmayan ilk legioner qapıçı kimi tarixə düşüb. “Turan Tovuz” tarixə 7-ci seriyanın müəllifi kimi düşübsə, İvan Konovalov Bezotosnıdan sonra bunu gerçəkləşdirən ikinci əcnəbi qolkiper olub.

Qeyd edək ki, "Turan Tovuz" yalnız “Neftçi” ilə matçda xal itirib – 0:0. Qərblilər ardınca “Sumqayıt”, “Qarabağ” və “Səbail”i bir, “Kəpəz”i üç cavabsız qolla məğlub edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026