• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Tovuzda evdə müəmmalı yanğın oldu

HADİSƏ

14 Oktyabr 2021 | 23:33

Tovuzda evdə müəmmalı yanğın oldu

Tovuz rayonunda fərdi evdə yanğın olub.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, hadisə Tovuz şəhəri, Səyyad Qılıcov küçəsində yerləşən, Siranuş Ağayevaya məxsus fərdi evdə qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Alov söndürülərək evin digər hissələrinə və yardımçı tikililərə keçməsinin qarşısı alınıb.

Ev sahibinin qızı Dilarə Əliyeva iddia edir ki, evdə yaşayış olmayıb. Onun sözlərinə görə, ev naməlum şəxs və ya şəxslər tərəfindən yandırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.


Tovuzda evdə müəmmalı yanğın oldu
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026