• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Əlindəki siqaret səbəbindən faciəvi şəkildə öldü 

HADİSƏ

13 Noyabr 2021 | 14:59 | Müəllif: Subhan Mahmudov

Əlindəki siqaret səbəbindən faciəvi şəkildə öldü

Bakıda 49 yaşlı kişi ehtiyatsızlıqdan özünü yandıraraq ölüb.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunun S.Rəhimov küçəsində baş verib.

Şəki rayon sakini, 1962-ci il təvəllüdlü Nəriman Ramazanovun ehtiyatsızlıqdan üzərinə kimyəvi məhlul ("rastvoritel") tökülüb. Həmin vaxt çəkdiyi siqaret də əlindən üzərinə düşüb. Nəticədə N.Ramazanov yanaraq ölüb.

Onun tüfeyli həyat tərzi keçirdiyi bildirilir. Rayon prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026